Təhsil 365 - Logo Mobile

Naxçıvan məktəbləri yeni kompüterlərlə təmin olunub

14407.08.2026 - 09:10
Naxçıvan məktəbləri yeni kompüterlərlə təmin olunub

Naxçıvan Muxtar Respublikasının (MR) ümumtəhsil məktəblərinə 2255 kompüter verilib.

“Tehsil365” xəbər verir ki, kompüterlər "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın "Təhsil müəssisələrində şagird-kompüter nisbətinin yaxşılaşdırılması" bəndinə uyğun olaraq Elm və Təhsil Nazirliyi tərəfindən təqdim edilib.

Kompüterlər şagird sayı çox olan Naxçıvan şəhəri və rayon mərkəzlərində yerləşən ümumtəhsil məktəblərinə paylanılıb.

Qeyd olunub ki, bu addım təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, rəqəmsal təhsil imkanlarının genişləndirilməsinə və şagird-kompüter nisbətinin ölkə üzrə orta göstəriciyə (6:1) uyğunlaşdırılmasına xidmət edir.

Amin Cavayev

Haber akışı

Tarihçiler Azerbaycan tarihinin en büyük imparatorluğunun haritasını paylaştılar26.08.2026 - 10:05