Təhsil 365 - Logo Mobile

“Abituriyent” jurnalının 2026-cı il 4-cü nömrəsinə düzəliş

16512.08.2026 - 04:50
“Abituriyent” jurnalının 2026-cı il 4-cü nömrəsinə düzəliş

“Abituriyent” jurnalının 2026-cı il 4-cü nömrəsinə müəyyən düzəlişlər edilib.

“Tehsil365” DİM-ə istinadən xəbər verir ki, V ixtisas qrupu üzrə xüsusi qabiliyyət imtahanı tələb edən “Dizayn (sahələr üzrə)” ixtisas kodlarının qarşısında, texniki səbəblərdən səhvən qeyd olunmuş iki ulduz (**) işarəsi bir ulduz (*) kimi nəzərə alınmalıdır. 

Bundan əlavə, Lənkəran Dövlət Universitetinin 151672 kodlu Dizayn (interyer dizaynı, qrafik dizayn, sənaye dizaynı) ixtisasını seçmək üçün qabiliyyət imtahanında iştirak etmək tələb olunmur.

Xatırladaq ki, "Abituriyent" 4 jurnalını DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://abiturient.az/wolt

Jurnalın elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək olar.

Nuray Babayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...