Təhsil 365 - Logo Mobile

Süni intellekt təhsildə inqilab edir: Standart dərs modeli tarixə qovuşur?

13816.08.2026 - 05:58
Süni intellekt təhsildə inqilab edir: Standart dərs modeli tarixə qovuşur?

Aparılan son pedaqoji və texnoloji araşdırmalar bütün şagirdlərə eyni templə dərs keçməyin, yəni standart sinif modelinin öyrənmə effektivliyini aşağı saldığını sübut edib.

“Tehsil365” azedu.az-a istinadən xəbər verir ki, hər bir tələbənin beyin fəaliyyəti və öyrənmə sürəti fərqlidir.

Mütəxəssislərin bildirdiyinə görə, son dövrlər təhsilə inteqrasiya olunan süni intellekt alətləri bu problemin aradan qaldırılmasında mühüm rol oynayır. Həmin sistemlər şagirdin zəif və güclü tərəflərini dəqiq analiz edərək dərsləri avtomatik olaraq onun fərdi səviyyəsinə uyğunlaşdırır (Adaptive Learning).

Bu yanaşma şagirdin dərsdə darıxmasının və ya çətinlik çəkərək mövzudan geri qalmasının qəti şəkildə qarşısını alır.

Nuray Babayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...