Təhsil 365 - Logo Mobile

Bu universitetdə imtahan qaydası dəyişdirildi

13919.08.2026 - 14:25
Bu universitetdə imtahan qaydası dəyişdirildi

Hindistanın Mumbay Universitetində 2026-2027-ci tədris ilindən etibarən imtahanlarla bağlı yeni qayda tətbiq edəcək.

“Tehsil365” xarici mediaya istinadən xəbər verir ki, yeni qaydaya əsasən, tələbələr bütün universitet imtahanları başlamazdan ən azı 30 dəqiqə əvvəl imtahan zalında olmalıdırlar.

Qərarın universitetin İmtahan və Qiymətləndirmə Şurası, İdarəetmə Şurası və Akademik Şurasının qərarları əsasında qəbul edildiyi bildirilir.

Universitetin açıqlamasına görə, əlavə vaxt tələbələrin şəxsiyyət vəsiqələrinin yoxlanılması, yerlərin müəyyənləşdirilməsi və digər imtahan prosedurlarının imtahan başlamazdan əvvəl tamamlanmasına imkan verəcək.

Ləman Rəhimli

Haber akışı

Tarihçiler Azerbaycan tarihinin en büyük imparatorluğunun haritasını paylaştılar26.08.2026 - 10:05