Təhsil 365 - Logo Mobile

Azərbaycan media nümayəndələri Özbəkistanın məşhur “Amirsoy” kurortunda

14222.08.2026 - 08:20
    Azərbaycan media nümayəndələri Özbəkistanın məşhur “Amirsoy” kurortunda

Azərbaycan media nümayəndələri Özbəkistanın məşhur dağ turizm mərkəzi olan “Amirsoy” kurortunu ziyarət ediblər.

“Tehsil365” “APA”ya istinadən xəbər verir ki, media nümayəndələrinə dağ kurortunun infrastrukturu, burada yaradılan istirahət imkanları və ilboyu turizmin inkişafı istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib.

Özbəkistanın Tyan-Şan dağlarının ətəklərində yerləşən bu kurortlar qış turizmi ilə yanaşı, ilin digər fəsillərində də turistlərin qəbuluna hesablanır. Burada kanat yolları, xizək infrastrukturu, hotellər, restoranlar, istirahət və əyləncə məkanları fəaliyyət göstərir.

Qeyd edək ki, dağ turizminin ilboyu inkişaf etdirilməsi Daşkənd vilayətinin beynəlxalq turizm potensialının artırılmasının əsas istiqamətlərindən biridir.

Səfər zamanı Azərbaycan jurnalistlərinə regionda həyata keçirilən investisiya layihələri, yeni turizm obyektlərinin yaradılması və müasir infrastrukturun genişləndirilməsi barədə məlumat verilib.

Amin Cavayev

Haber akışı

Tarihçiler Azerbaycan tarihinin en büyük imparatorluğunun haritasını paylaştılar26.08.2026 - 10:05