Təhsil 365 - Logo Mobile

Direktor müavinlərinin işə qəbulu üzrə qeydiyyat BAŞLAYIR

15124.08.2026 - 05:47
Direktor müavinlərinin işə qəbulu üzrə qeydiyyat BAŞLAYIR

24 avqust 2026-cı il saat 15:00-dan etibarən təlim-tərbiyə işləri üzrə direktor müavini və digər profillər üzrə direktor müavini vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə başlanılacaq.

“Tehsil365” azedu.az-a istinadən xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, namizədlər 27 avqust 2026-cı il saat 15:00-dək (miq.edu.az/muavin) linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.

Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarət olacaq. Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumat və sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müsabiqənin müsahibə mərhələsinə buraxılacaqlar. Namizədlər müsahibə mərhələsinə qaydalara uyğun olaraq ardıcıllıq əsasında dəvət ediləcəklər.

Nəzərinizə çatdırırıq ki, namizədlər müsahibə mərhələsində liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.

Qeyd edək ki, müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərlə əmək münasibətləri qanunvericilikdə müəyyən olunmuş qaydada rəsmiləşdiriləcək.

Nuray Babayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...