Təhsil 365 - Logo Mobile

Şəki-Zaqatala RTİ işə qəbul üzrə müsabiqə elan edir

13224.08.2026 - 09:20
    Şəki-Zaqatala RTİ işə qəbul üzrə müsabiqə elan edir

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində vakant olan Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üzrə işə qəbul müsabiqəsi elan edilir.

“Tehsil365” xəbər verir ki, müsabiqə 2 mərhələdən ibarətdir:

 Seçim

 Müsahibə

 Qeydiyyat müddəti:

 24 avqust 2026-cı il, saat 15:00-dan

 27 avqust 2026-cı il, saat 15:00-dək

 Qeydiyyat üçün:

//docs.google.com/.../1FAIpQLSdMLORqyTo.../viewform...

 Qeydiyyat zamanı namizəd:

 Elan üzrə təqdim olunan məlumat linkindən vakant müəssisələrlə tanış olur;

 Müraciət linkinə keçid edir;

 İşə qəbul üzrə vakant yeri seçir;

 Tələb olunan sənədləri əlavə edir.

Mütləq əlavə olunmalı sənədlər:

 Ali təhsil haqqında dövlət sənədinin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədin) surəti;

 Əmək kitabçasının surəti.

 Vakant yerlərin siyahısı ilə tanış olmaq üçün:

 //drive.google.com/.../1I3HmpKOGFKsqh0cDOd1.../view...

 MÜSABİQƏDƏ İŞTİRAK ÜÇÜN TƏLƏBLƏR

 Ali təhsil:

Pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsil;

Pedaqoji staj:

Ən azı 3 il pedaqoji staj;

 Təhsilalanların sayı 500-dən çox olan müəssisələr üzrə:

 Sertifikatlaşdırmanın test imtahanında 51 bal və daha yuxarı;

 Sertifikatlaşdırmada iştirak etməyən namizədlər üçün MİQ və ya diaqnostik qiymətləndirmədə 85% və daha yuxarı nəticə.

 Digər təhsil müəssisələri üzrə:

 Sertifikatlaşdırmanın test imtahanında 42 bal və daha yuxarı;

 Sertifikatlaşdırmada iştirak etməyən namizədlər üçün MİQ və ya diaqnostik qiymətləndirmədə 70% və daha yuxarı nəticə.

 Namizədin təqdim etdiyi məlumatlar yoxlanıldıqdan sonra əlaqə nömrəsinə ərizənin qəbul edilib-edilməməsi barədə SMS göndərilir.

 Müsahibəyə dəvət aşağıdakı ardıcıllıqla həyata keçirilir:

 Vakansiyanın mövcud olduğu müəssisədə çalışan müəllimlər;

 Müvafiq rayon (şəhər) üzrə çalışan direktor müavinləri və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar;

 Müvafiq rayon (şəhər) üzrə çalışan müəllimlər;

 Vakansiyanın mövcud olduğu müəssisənin tabe olduğu yerli bölmə üzrə çalışan direktor müavinləri və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar;

 Həmin yerli bölmə üzrə çalışan müəllimlər;

 Müvafiq tələblərə cavab verən digər şəxslər.

 Eyni nəticə göstərən namizədlər arasında seçim zamanı:

 Sertifikatlaşdırma və ya MİQ test imtahanında daha yüksək nəticə;

 Pedaqoji sahə üzrə magistr ali elmi-ixtisas dərəcəsi;

 Daha çox pedaqoji staj;

 Əvvəllər rəhbər vəzifədə işləmə və ya rəhbər vəzifədə daha çox staj nəzərə alınır.

 Müsabiqədə iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!

Amin Cavayev

Haber akışı

Şu anda haber akışın da haber yok...