Təhsil 365 - Logo Mobile

17 yaşlı ADNSU tələbəsi vəfat etdi

15127.08.2026 - 08:50
17 yaşlı ADNSU tələbəsi vəfat etdi

Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Tehsil365” xəbər verir ki, rayonun Qaraçı kəndində qeydə alınan hadisə zamanı Rəşad Məmmədsəidov idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə piyadanı vurub.

Qəza zamanı ağır xəsarətlər alan kənd sakini 17 yaşlı Böyükağa Abbasəli oğlu Abbasov dünyasını dəyişib.

Hadisə şahidlərinin sözlərinə görə, qəza gecə saatlarında, B.Abbasov kənddəki kompüter oyunları zalından evə qayıdan zaman baş verib.

Qəzada dünyasını dəyişən gənc Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Neft-Energetika Kollecində təhsil alırdı.

Faktla bağlı araşdırma aparılır.

Amin Cavayev

Haber akışı

Tarihçiler Azerbaycan tarihinin en büyük imparatorluğunun haritasını paylaştılar26.08.2026 - 10:05