Təhsil 365 - Logo Mobile

Sumqayıt Dövlət Universitetinə qəbul olunanların nəzərinə!

15728.08.2026 - 04:09
Sumqayıt Dövlət Universitetinə qəbul olunanların nəzərinə!

Sumqayıt Dövlət Universitetinin (SDU) bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlərin qeydiyyatı “mygov” rəqəmsal hökumət platforması üzərindən elektron qaydada həyata keçiriləcək.

“Tehsil365” xəbər verir ki, qəbul olunan abituriyentlər “mygov” platformasında qeydiyyatdan keçdikdən sonra şəxsi kabinetlərinə daxil olaraq “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini, daha sonra isə təqdim olunan xidmətlər arasından “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.


Qeydiyyatın müəyyən edilmiş müddətdə tamamlanmaması abituriyentin yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndirilir. Bu halda həmin abituriyentlər boş qalan plan yerləri üzrə keçiriləcək müsabiqədə iştirak edə bilməzlər.


Abituriyentlərin elektron qeydiyyat prosesinin həyata keçirilməsinə metodiki və texniki dəstəyin göstərilməsi məqsədilə Sumqayıt Dövlət Universitetində Dəstək Mərkəzi fəaliyyət göstərəcək.


28 avqust – 8 sentyabr tarixlərində, saat 10:00-dan 17:00-dək SDU-ya qəbul olunan abituriyentlər qeydiyyat prosesinə dair dəstək almaq üçün Dəstək Mərkəzinə müraciət edə bilərlər.

Nuray Babayeva

Haber akışı

Tarihçiler Azerbaycan tarihinin en büyük imparatorluğunun haritasını paylaştılar26.08.2026 - 10:05