Təhsil 365 - Logo Mobile

Türkiyədə təhsil haqlarını artıran universitetlər araşdırılacaq

14504.09.2026 - 08:10
Türkiyədə təhsil haqlarını artıran universitetlər araşdırılacaq

Türkiyənin Ali Təhsil Şurası (YÖK) 2026-2027-ci tədris ili üzrə müəyyən edilən 25 faizlik ödəniş artımı limitinə əməl etmədiyi iddia olunan 23 özəl universitet ilə bağlı araşdırma başladıb.

“Tehsil365”in Türkiyə mediasından əldə etdiyi məlumata görə, YÖK-ə bəzi özəl universitetlərinin təhsil haqlarını müəyyən edilmiş həddən artıq artırması ilə bağlı çoxsaylı şikayət və müraciətlər daxil olub.

Bundan sonra Ali Təhsil Nəzarət Şurası 23 ali təhsil müəssisəsi haqqında araşdırma aparılması barədə qərar verib.

YÖK-ün 8 iyul 2026-cı il tarixli qərarına əsasən, 2026-2027-ci tədris ilində hazırlıq və birinci kursdan yuxarı siniflərdə təhsil alan tələbələrin ödənişlərinə tətbiq edilən artım 25 faizdən çox ola bilməz.

Araşdırma çərçivəsində universitetlərin müəyyən etdiyi təhsil haqları və tələbələrdən faktiki olaraq alınan məbləğlər yoxlanılacaq. Həmçinin tətbiq edilən ödənişlərin qanunvericiliyə və YÖK-ün müəyyən etdiyi 25 faizlik artım limitinə uyğun olub-olmadığı araşdırılacaq.

Amin Cavayev

Haber akışı

Tarihçiler Azerbaycan tarihinin en büyük imparatorluğunun haritasını paylaştılar26.08.2026 - 10:05