Təhsil 365 - Logo Mobile

Azərbaycan Media və Yayım Şurasının sədri Əhməd İsmayılov RTÜK sədri ilə görüşüb.

7603.10.2026 - 17:51
Azərbaycan Media və Yayım Şurasının sədri Əhməd İsmayılov RTÜK sədri ilə görüşüb.

Türkiyənin Radio və Televiziya Qurumunun (RTÜK) sədri Mehmet Daniş Azərbaycan Media və Yayım Şurasının sədri Əhməd İsmayılovla görüşüb.

“Tehsil365” xəbər verir ki, Bakıda keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda görüş keçirilib . Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu çərçivəsində baş tutub.

Tərəflər Türkiyə ilə Azərbaycan arasında media və yayımçılıq sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və qurumlararası əlaqələndirmənin gücləndirilməsini müzakirə ediblər.

Görüşdə həmçinin dezinformasiya ilə mübarizə, rəqəmsal transformasiya, lisenziyalaşdırma, rəqəmsal media xidmətləri, media savadlılığı və uşaqların qorunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Mehmet Daniş Əhməd İsmayılov və rəhbərlik etdiyi nümayəndə heyətini Türkiyəyə dəvət edib. Tərəflər qarşılıqlı səfərlərin və institusional təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

Ayətil Quliyeva

Haber akışı

Tarihçiler Azerbaycan tarihinin en büyük imparatorluğunun haritasını paylaştılar26.08.2026 - 10:05