Təhsil 365 - Logo Mobile

Fransada etirazlar başlayandan bəri təxminən 150 nəfər yaralanıb

8913.10.2026 - 13:02
Fransada etirazlar başlayandan bəri təxminən 150 nəfər yaralanıb

Fransada sentyabr ayından bəri davam edən şagird etirazları zamanı təhsil müəssisələrinin 150-yə yaxın əməkdaşı yaralanıb.

“Tehsil365” xəbər verir ki, bu barədə Fransa mediası ölkənin Təhsil Nazirliyinə istinadən məlumat yayıb.

"Hərəkat başlayandan bəri xəsarət alan milli təhsil sistemi əməkdaşlarının sayı 147-yə çatıb. Bugünkü sosial tətildə müəllimlərin iştirak səviyyəsi 4,52 % təşkil edir", – məlumatda bildirilib.

Təkcə dünən 20 nəfər yaralanıb, onlardan 5-i təhsil müəssisələrinin direktorlarıdır.

Daha əvvəl hərəkat iştirakçıları arasında etirazları dayandırmamaq və oktyabrın 13-də 200 minədək insanın iştirakı gözlənilən kütləvi nümayişlərə qoşulmaqla bağlı çağırışlar səslənirdi.

Qeyd edək ki, bu gün Qreta Tunberq etirazçılara qoşulub.

Nilay Hüseynli

Haber akışı

Tarihçiler Azerbaycan tarihinin en büyük imparatorluğunun haritasını paylaştılar26.08.2026 - 10:05