Təhsil 365 - Logo Mobile

Hindistanın XİN rəhbəri Bakıya gəldi

5714.10.2026 - 08:16
Hindistanın XİN rəhbəri Bakıya gəldi

Hindistanın xarici işlər naziri Kirti Vardhan Sinqh Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammitində iştirak etmək üçün Bakıya gəlib.

“Tehsil365” xəbər verir ki, bu barədə nazir "X" sosial hesabında paylaşım edib. Nümayəndə Asiyada sülhün, sabitliyin və təhlükəsizliyin təşviqi istiqamətində konstruktiv müzakirələrin aparılacağına ümid etdiyini vurğulayıb:

“Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) VII Zirvə Görüşündə iştirak etmək üçün Bakıya gəldim.Regional əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi, eləcə də Asiyada sülhün, sabitliyin və təhlükəsizliyin təşviqi istiqamətində konstruktiv müzakirələrin aparılmasını səbirsizliklə gözləyirəm”.

Əzizə Qayıtmazova

Haber akışı

Tarihçiler Azerbaycan tarihinin en büyük imparatorluğunun haritasını paylaştılar26.08.2026 - 10:05