Təhsil 365 - Logo Mobile

Qırğızıstan Azərbaycanın AQEM-də sədrliyinin uzadılmasını dəstəkləyir

5115.10.2026 - 09:28
Qırğızıstan Azərbaycanın AQEM-də sədrliyinin uzadılmasını dəstəkləyir

Qırğızıstan Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) sədrliyinin 2028-ci ilədək uzadılması təşəbbüsünü dəstəkləyir.

“Tehsil365” Report -a istinadən xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda keçirilən AQEM-in VII sammitində bildirib.

"Azərbaycan tərəfinin sədrliyi 2028-ci ilədək davam etdirmək təşəbbüsünü alqışlamaq istərdim. Bu, Müşavirənin fəaliyyətində ardıcıllığın qorunmasına və qarşılıqlı etimadın gücləndirilməsinə imkan verəcək", – o deyib.

Japarov əlavə edib ki, Qırğızıstan Respublikası AQEM-in ümumi fəaliyyətinə lazımi dəstəyi göstərməyə və öz töhfəsini verməyə hazırdır.

Əzizə Qayıtmazova

Haber akışı

Tarihçiler Azerbaycan tarihinin en büyük imparatorluğunun haritasını paylaştılar26.08.2026 - 10:05