Təhsil 365 - Logo Mobile

Bakıda yeni müntəzəm avtobus marşrutu açılır

8517.10.2026 - 13:00
Bakıda yeni müntəzəm avtobus marşrutu açılır

Türkan qəsəbəsi, Türkan bağları və Hövsan qəsəbəsinin "Quşçuluq" yaşayış massivi ərazisində yaşayan sakinlərin ictimai nəqliyyata tələbatı nəzərə alınaraq oktyabrın 18-dən Bakı metrosunun "Əhmədli" stansiyasından bu mənətəqələrə 218 nömrəli yeni müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq.

Bu barədə “Tehsil365”-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd olunub ki, marşrut xəttində ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz edilən nəqliyyat vasitələri istismar olunacaq.

Avtobuslar saat 06:00-dan 23:00-dək 12-15 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək.

Marşrutda ödənişlər nağdsız qaydadadır. Gedişhaqqı 0,80 manat müəyyən edilib.

Nilay Hüseynli

Haber akışı

Tarihçiler Azerbaycan tarihinin en büyük imparatorluğunun haritasını paylaştılar26.08.2026 - 10:05