Təhsil 365 - Logo Mobile

Cambridge Universiteti məhkəməyə verilib

8821.10.2026 - 12:53
Cambridge Universiteti məhkəməyə verilib

Böyük Britaniyanın Kembric Universitetinin professoru Suçitra Sebastian həmin təhsil müəssisəsinin tarixi ərazisində müasir kitabxana binasının inşası planına qarşı məhkəmə iddiası qaldırıb.

“Tehsil365” “The Independent”ə istinadla xəbər verir ki, professor yeni kitabxananın həddindən artıq böyük olduğunu və memarlıq üslubunun tarixi Kembric şəhərinin görünüşünə uyğun gəlmədiyini iddia edir.

Layihəyə əsasən, yeni kitabxana 4 mərtəbədən ibarət olacaq və onun mərkəzində 3 mərtəbəli oxu zalı yerləşəcək. Binanın yaxınlıqdakı birinci dərəcəli tarixi abidə statusuna malik Bodli kitabxanası ilə hündür keçid vasitəsilə birləşdirilməsi nəzərdə tutulur.

Nilay Hüseynli

Haber akışı

Tarihçiler Azerbaycan tarihinin en büyük imparatorluğunun haritasını paylaştılar26.08.2026 - 10:05