Təhsil 365 - Logo Mobile

Yaponiyada güclü zəlzələ oldu

5325.10.2026 - 08:14
Yaponiyada güclü zəlzələ oldu

Yaponiyanın Oqasavara adaları yaxınlığında 7 maqnitudalı güclü zəlzələ qeydə alınıb.

“Tehsil365” Metbuat.az-a istinadla xəbər verir ki, zəlzələnin ocağı Sakit okeanın dibində, 470 kilometr dərinlikdə yerləşib. Baş verən yeraltı təkanlar nəticəsində xəsarət alanlar və ya hər hansı dağıntılar barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, Oqasavara arxipelaqı Tokiodan 1 200 kilometr cənubda yerləşir. Arxipelaqa daxil olan adalardan yalnız ikisində yaşayış var və onların ümumi əhalisi təxminən 2 500 nəfər təşkil edir.

Əzizə Qayıtmazova

Haber akışı

Tarihçiler Azerbaycan tarihinin en büyük imparatorluğunun haritasını paylaştılar26.08.2026 - 10:05